AFFA Premyer Liqa klublarının uşaq-gənclər futboluna ayırdığı büdcənin artırıldığını elan edib. Statistikaya görə, ötən mövsüm bu istiqamətdə 5,8 milyon manatdan çox vəsait xərclənsə də, 2024/2025 mövsümü üçün bu məbləğ 6,6 milyon manatı ötüb. Müqayisəli təhlil göstərir ki, klubların uşaq futboluna yatırdığı investisiya ötən mövsümlə müqayisədə 810 536 manat çoxdur.