UEFA-dan “Fənərbaxça”ya gözlənilməz yoxlama

28.01.26 | 14:33
Dünya futbolu

UEFA, Maliyyə Fair Play (FFP) kriteriyaları çərçivəsində “Fənərbaxça” klubunun maliyyə fəaliyyətini ciddi nəzarətə götürüb. Klubun iqtisadi göstəricilərini və hesabatlarını yerindəcə araşdırmaq məqsədilə İstanbula xüsusi nümayəndə heyəti ezam olunub. “Türkiye” qəzetinin əməkdaşı Tahir Kumun məlumatına görə, bu yoxlama həm miqyasına, həm də diqqət yetirilən detallara görə klub üçün böyük əhəmiyyət kəsb edir. Bu təftişin ən kritik bəndi isə Kerem Aktürkoğlunun “Benfika”dan “Fənərbaxça”ya keçidi ilə bağlıdır. UEFA-nın bu transferin maliyyə şəffaflığına xüsusi diqqət yetirdiyi vurğulanır. Müfəttişlər transferin aşağıdakı detallarını araşdırır: futbolçu ilə imzalanan müqavilənin şərtləri, transfer üçün cəlb olunan sponsorluq vəsaitləri, ödənişlərin icra qrafiki və mənbələr.

“Fənərbaxça”nın hər üç aydan bir təqdim etdiyi mütəmadi hesabatlardan fərqli olaraq, bu xüsusi yoxlamanın nəticələri mart ayında keçiriləcək böyük maliyyə qiymətləndirməsində əsas götürüləcək. UEFA, təkcə klubun təqdim etdiyi sənədlərlə kifayətlənməyərək, ictimaiyyətdə dolaşan iddiaları və şikayətləri də nəzərə alacaq. Bu məqsədlə Türkiyə Futbol Federasiyasından (TFF) rəsmi məlumatlar və hesabatlar tələb olunacaq.

Bu araşdırmanın nəticələri klubun gələcək transfer siyasətinə və Avropa turnirlərindəki iştirak statusuna birbaşa təsir göstərə bilər.

Paylaş:

Xəbər Lenti

Tsxadadze: “Hər oyun final olacaq”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46