Türk futbolçular qızıla iddialıdır

16.10.25 | 08:50
Dünya futbolu

Tuttosport qəzetinin təsis etdiyi və il ilin ən yaxşı gənc futbolçusuna təqdim olunan “Qızıl Oğlan” (Golden Boy) mükafatına namizədlərin adları açıqlanıb. Namizədlərin siyahısına 25 futbolçunun adı düşüb. İddialıların arasında Türkiyə millisinin oyunçuları Kənan Yıldız (“Yuventus”) və Arda Gülər də (“Real”) var. Gözlənildiyi kimi namizədlər arasında Real Madrid və PSJ-nin bir neçə futbolçusu yer alır. Namizədlərin tam siyahısı:

– Pau Kubarsí (Barselona)
– Dezire Dúe (PSJ)
– Din Hüysen (Real Madrid)
– Kenan Yildiz (Yuventus)
– Mayls Lyuis-Skelli (Arsenal)
– Varren Zair-Emeri (PSJ)
– Arda Güler (Real Madrid)
– Franko Mastantuono (Real Madrid)
– Eitan Nvaneri (Arsenal)
– Jorrel Hato (Çelsi)
– Jeovani Kenda (Sportinq)
– Estevão (Çelsi)
– Leni Yoro (Mançester Yunayted)
– Senni Mayulu (PSJ)
– Niko O’Reyli (Mançester Siti)
– Eliess Ben Seqir (Bayer)
– Viktor Froholdt (Portu)
– Lukas Berqvall (Tottenhem)
– Arçi Qrey (Tottenhem)
– Mamadu Sarr (Strasburq)
– Cob Bellingem (Borussiya Dortmund)
– Françesko Pio Espozito (İnter)
– Rodriqo Mora (Portu)
– Covanni Leoni (Liverpul)
– Aleksandar Stankoviç (Bryügge).

Keçən il mükafat “Barselona”nın gənc cinah hücumçusu Lamin Yamala qismət olmuşdu. Bu kuboku hər futbolçu yalnız bir dəfə qazana bilər, buna görə də hər buraxılış yeni qalib elan olunur. Bu il “Real Madrid”, PSJ və “Arsenal” futbolçuları əsas favoritlər sayılır – qalib noyabr ayında açıqlanacaq.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24