“Turan-Tovuz”da autsayder sindromu: Berdiyev səbəbi açıqladı

15.03.26 | 19:04
Ölkə futbolu

Premyer Liqanın 24-cü turunda baş tutan və böyük maraqla gözlənilən “Qərb derbisi”ndə “Turan-Tovuz” “Kəpəz”lə sülhə razılaşıb (1:1). Matçdan sonra mətbuat konfransına qatılan tovuzluların baş məşqçisi Qurban Berdiyev, qazanılan bir xaldan çox, itirilən iki xalın təəssüfünü yaşadıqlarını gizlətməyib.

Təcrübəli mütəxəssis komandanın həm heyətindəki boşluqlara, həm də oyunçuların psixoloji durumuna toxunaraq maraqlı məqamları diqqətə çatdırıb.

Berdiyev ikinci hissədə oyunun simasının dəyişdiyini vurğulayıb:

“Təəssüf ki, bizim üçün çox vacib olan iki xalı itirdik. Qarşılaşmanın ikinci hissəsi birincidən tamamilə fərqli alındı. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.

Zədəli futbolçuların durumuna və bəzi oyunçuların performansına aydınlıq gətirən baş məşqçi, müdafiə xəttindəki çatışmazlıqları belə izah edib: “Faiq Hacıyev uzun müddət idi ki, yaşıl meydanlardan uzaq qalmışdı. Oyun təcrübəsinin azlığı bu gün özünü göstərdi və müəyyən səhvlərə yol verdi. Müdafiəçimiz Miller zədə səbəbindən bu görüşdə iştirak edə bilmədi”.Komandanın turnir cədvəlinin aşağı sıralarında qərarlaşan rəqiblərlə oyunlarda xal itirməsi tendensiyası Berdiyevi də narahat edir. O, bu problemin psixoloji tərəflərinə diqqət çəkib: “Razıyam ki, biz iddialı klublara qarşı yaxşı nəticələr göstərsək də, autsayderlərlə matçlarda gözlənilməz xallar itiririk. Eyni mənzərə “Zirə” və “Neftçi” ilə oyunlardan sonra da yaşanmışdı. Hesab edirəm ki, futbolçularda emosiya çatışmazlığı var. Rəqibin kimliyindən asılı olmayaraq, hər bir matça eyni motivasiya ilə çıxmaq üçün əlimizdən gələni etməliyik”.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46