“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51
Ölkə futbolu

“Neftçi” oyuna fəal başladı və qonşu şəhərə 3 cal dalınca gəldiyini ilk dəqiqələrdən göstərdi. Bakılıların fəallığı tezliklə özünü göstərdi və artıq 9-cu dəqiqədə Varqas hesabı açdı. Lakin hakim müasir texnologiyanın müdaxiləsindən sonra ofsayd qərarı verdi. Bundan sonra da “Neftçi” fəal oynadı. Xüsusən də Almeyda-Farac-Varqas üçlüyü meydan sahiblərinə çətinlik yaradırdı. Yuri Vernidubun yetirmələri nəhayət 36-cı dəqiqədə istəyinə nail oldu. Varqas penaltini dəqiq yerinə yetirdi. Penaltinin qazanılmasında da bu üçlük əsas rollarda idi. İlk yarı oyunun məntiqi gedişimə uyğun başa çatdı. Ərazi üstünlüyünə malik olan və daha çox hücumlar edən “Neftçi” fasiləyə öndə yollandı. Saşa İliçin komandası isə demək olar heç nə ilə yadda qalmadı.

İkinci hissə tam əksinə başladı. “Sumqayıt” cərimə zərbəsi ilə hesabı bırqbərləşdirdi. Ninkoviçin sol cinahdan göndərdiyi top birbaşa qapıya düşdü. Burada bakılıların qapıçısı da səhvə yol verdi. Amma meydan sahibləri elə standart vəziyyətdən də ikinci topu buraxdı. Künc zərbəsindən gələn topu kamerunlu Metyu başla qapıdan keçirdi. İliçin yetirmələri oyunun axarını dəyişmək üçün heç nə ilə yadda qalmadı. Nə yaradıcılıq, nə təşəbbüs, nə də potensial oyunu xilas etmək üçün yetərli deyildi. Üstəlik, az öncə meydana çıxmış Abubakar qol hissiyatını hələ itirmədiyini göstərdi. O, künc zərbəsi zamanı müdafiəçidən qayıdan topu qapıya göndərdi.

Premyer Liqa, 26-cı tur

SUMQAYIT – NEFTÇİ 1:3 (0:1)

Qollar: Varqas, 36-pen. (0:1), Ninkoviç, 53 (1:1), Metyu, 65 (1:2), Abubakar, 89 (1:3)

Baş hakim: Kamal Umudlu.

“Sumqayıt”: Mehdi Cənnətov, Höccət Haqverdi, Rüstəm Əhmədzadə (Nihat Əhmədzadə, 74), Səbuhi Abdullazadə (Emil Mustafayev, 79), Sənan Muradlı, Nadir Orucov, Aleksandr Ramalinqom, Nikola Ninkoviç (Aleksa Yankoviç, 74), Rayan Senhaci, Sedrik Badolo (Ronaldo Vaskes, 79), Nsana Simon (Masaki Murata, 74).

“Neftçi”: Kinan Piriç (k), Elvin Camalov (Xordan Resabala, 65), Elvin Bədəlov, Emil Səfərov, Falaye Sako, Mustafa Sek, İqor Ribeyro, İfeanyi Metyu (Sessi D’Almeyda, 79), Breno Almeyda (Murad Məmmədov, 65), İmad Faraj (Alessio Kurçi, 79), Freddi Varqas (Vensan Abubakar, 81).

Sarı vərəqə: Muradlı, 34.

Paylaş:

Xəbər Lenti

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43