“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35
Dünya futbolu

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldonun karyerasındakı qolların sayı ilə bağlı yaranmış statistik qeyri-müəyyənlik nəhayət aradan qalxıb. Məşhur statistika portalı Sofascore, portuqaliyalı ulduzun vurduğu qolların rəsmi sayını təsdiqləyərək, futbol ictimaiyyətindəki suallara aydınlıq gətirib.

Statistikada “Ərəb Kuboku” ziddiyyəti

Ronaldonun 2023-cü ildə Ərəb Klublarının Çempionlar Kubokunda vurduğu 6 qol, FIFA-nın bu turnirin statusunu hələ də tam dəqiqləşdirməməsi səbəbindən müxtəlif platformalarda fərqli əks olunurdu. Bəzi mənbələr bu qolları nəzərə almayaraq onun karyera göstəricisini 961 qol kimi qeyd etsə də, Sofascore rəsmi mövqeyini açıqlayıb: “Biz izləyici kütləmizin müraciətlərinə həssaslıqla yanaşırıq. Ronaldonun 2023-cü il Ərəb Klublarının Çempionlar Kubokunda vurduğu 6 qol hər zaman bizim məlumat bazamızda (və ya sadəcə arxivimizdə) mövcud olub və karyera cədvəlində əksini tapacaq. Hazırda Ronaldonun aktivində 967 qol var. FIFA əksini bəyan etməyənə qədər biz bu tarixi yarışı izləməyə davam edəcəyik”.

967-ci addım: Səudiyyə Liqasında növbəti dubl

Ronaldo qol maşını statusunu 2025/2026 mövsümündə də qoruyur. Səudiyyə Pro-Liqasının 27-ci turu çərçivəsində keçirilən “Əl-Nəsr” – “Əl-Nəcmə” (5:2) qarşılaşmasında portuqaliyalı hücumçu dubla imza ataraq rəsmi qollarının sayını 967-yə çatdırıb. Beləliklə, onun xəyali 1000 qol hədəfinə çatması üçün cəmi 33 topu qalıb.

Anders Limpar: “1000 Qolu vur və get”

Ronaldonun karyerasının son akkordları ilə bağlı maraqlı çağırış isə İsveç millisinin sabiq üzvü Anders Limpardan gəlib. Limpar 41 yaşlı ulduzun hələ də bu səviyyədə çıxış etməsinə heyran olduğunu bildirsə də, onun üçün ən ideal ssenarini açıqlayıb. Limpar hesab edir ki, Ronaldo qarşıdakı Dünya Çempionatından sonra karyerasını bitirməlidir. Sabiq futbolçu Ronaldonun Amerika Liqasına (MLS) keçidini riskli addım kimi qiymətləndirib: “Niyə 41 yaşında MLS kimi çətin bir liqada yeni mərhələyə başlayasan? Orada kifayət qədər güclü oyunçular var”.

Limparın Ronaldoya birbaşa mesajı belə olub: “Öz mirasın naminə 1000 qolunu tamamla və sonra karyeranı bitir”.

Paylaş:

Xəbər Lenti

“Şamaxı” “Qarabağ”ı qəbul edir – YENİLƏNİR

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28