I Liqada mübarizə aparan Xaçmazın “Şimal” klubu turnir cədvəlindəki vəziyyətini düzəltmək üçün transfer bazarına çıxıb. Şimal təmsilçisi heyətinə iki legioner cəlb etdiyini rəsmən açıqlayıb. Klubun yeni transferləri Kot-d’İvuar mənşəli oyunçulardır:
Senin Sebai İvan (19 yaş, yarımmüdafiəçi): Karyerası ərzində ölkəsinin “Abidjan City” və Portuqaliya nəhəngi “Sportinq”in (Lissabon) gənclər komandasında çıxış edib.
Gla Ange Donald (21 yaş, hücumçu): Azərbaycan futboluna tanış olan hücumçu, daha əvvəl “Mingəçevir” və Moldovanın “Saksan” klublarının formasını geyinib.
Qeyd edək ki, 10 komandanın yarışdığı I Liqada ilk dövrəni 8 xalla tamamlayan “Şimal” hazırda sonuncu pillədə qərarlaşıb. Klub rəhbərliyi bu transferlərlə mövsümün ikinci yarısında autsayder zonasından uzaqlaşmağı hədəfləyir.