Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunun ikinci oyun günündə gözlər Şamaxıya dikilmişdi. Turun həlledici matçlarından birində “Şamaxı” öz meydanında “Qarabağ”ı sınağa çəkdi.

Şamaxı şəhər stadionunda baş tutan bu oyun Çempionluq yarışında xal itkisinə limiti olmayan “Köhlən atlar” üçün həyati önəm daşıyırdı. Qurban Qurbanovun yetirmələri çempionluq uğurunda şanslarını qorumaq üçün səfərdən mütləq 3 xalla dönməli idilər. Çünki Ağdam təmsilçisi üçün istənilən xal itkisi çempionluq mübarizəsi ilə rəsmən vidalaşmaq mənasına gəlirdi.

Məhz bu səbəbdən ilk dəqiqələrdən kəskin hücumlarla irəli atılan qonaqlar “Şamaxı”nı böyük qüvvə ilə müdafiə olunmağa məcbur etdilər. Meydan sahiblərinin qapısı önündə bir-birinin ardınca təhlükəli vəziyyətlər sıralanmağa başladı. Lakin Ayxan Abbasovun komandası inamlı və əzmkar oyunu ilə “Qarabağ”ın işini çətinə saldı. Meydan sahiblərinin qapıçısı Fernandeşin ardıcıl qurtarışları ilə yanaşı, oyunun sonlarına yaxın müdafiəçi Rüfət Abbasovun topu boş qapıdan çıxarması matçın qırılma nöqtələrindən oldu. Qısası, ağdamlılar aramsız təzyiqlərə baxmayaraq, “Şamaxı”nın qapısına yol tapa bilmədilər. Ayxan Abbasovun qurduğu intizamlı müdafiə xətti “Qarabağ”ın bütün həmlələrini boşa çıxardı.

Bu heç-heçə ilə “Qarabağ” çempionluq mübarizəsində rəsmən ağır zərbə aldı. “Şamaxı” isə əzmkar oyunu ilə turnir cədvəlində kritik bir xal qazanmağı bacardı.

ŞAMAXI – QARABAĞ – 0:0

Baş hakim: İnqilab Məmmədov.

Şamaxı: Rikardu Fernandeş, Arsen Ağcabəyov (k), Abdulla Rzayev (Andrey Tırkovyanu, 79), Rüfət Abbasov, Abdulla Şuaybu (Həbib İsmayılov, 60), Edqar Adilxanov (Alfons Msanqa, 60), Rikardu Apolinario, Sezar, Oruc Məmmədov, David Santos, Vladislav Veremeyev.

Qarabağ: Mateuş Koxalski, Abbas Hüseynov (Toral Bayramov, 67), Elvin Cəfərquliyev, Abdulla Zubir (k) (Marko Yankoviç, 73), Kevin Medina, Kadi (Musa Qurbanlı, 67), Mateus Silva, Coni Montiel, Leandro Andrade, Pedro Bikalyo, Kamilo Duran.

Sarı vərəqələr: Kadi, 61. Duran, 63. İsmayılov, 82. Fernandeş, 89. Yankoviç, 89.

Paylaş:

Xəbər Lenti

“Neftçi” “Araz-Naxçıvan”la oyunda öndə – YENİLƏNİR

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05