Salah Arne Slotu tənqid etdi

07.12.25 | 14:00
Dünya futbolu

Məhəmməd Salah ardıcıl üçüncü matçda ehtiyat oyunçular skamyasında qaldıqadan sonra “Liverpul”un baş məşqçisi Arne Slotu tənqid edib: “İnana bilmirəm, çox məyus oldum. Burada olduğum illərdə klub üçün çox şey etmişəm, xüsusən də ötən mövsümdə. Bunu hamı gördü…İndi ehtiyatda otururam, niyə? Səbəbini bilmirəm. Hiss edirəm ki, klubum məni məyus edir”

Daha sonra o, məşqçi ilə münasibətlərinə toxunub: “Onunla münasibətlərimin yaxşı olduğunu dəfələrlə demişəm. Ancaq indi bu münasibət mövcud deyil. Niyə, bilmirəm. Düzünü desəm, bu, mənim üçün qəbuledilməzdir. Hər şeydə Mo günahkardır, çünki problem odur. Düşünmürəm ki, problem məndədir. Dünən anamla danışanda ona oynamayacağımı dedim. Siz bunu bilməsəniz də, mən bilirdim. Anama dedim ki, növbəti matça gəlsin, bu mənim klubda sonuncu oyunum ola bilər”.

Bütün bunlar, 33 yaşlı Salahın tezliklə “Liverpul”dan ayrılacağından xəbər verir. Onun adı Səudiyyə Ərəbistanı ilə yanaşı çəkilsə də, Fichajes-in məlumatına görə forvardın Avropa seçimi də var. Belə ki, “Qalatasaray”ın forvard üçün anlaşma hazırladığı və yanvarın əvvəlində ona təklif göndərəcəyi bildirilir.

İstanbul “aslanlar”ının Salaha mövsüm başına təxminən 20-22 milyon dollar, üstəgəl gəlirli sponsor müqavilələri və əsas fiqur olacağı idman layihəsi təklif edəcəkləri söylənilir.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46