Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34
Ölkə futbolu

Çempionluq yarışında mövqeyini qorumaq istəyən “Sabah” və avrokuboklar zonasına can atan “Zirə”nin Masazırda baş tutan mərkəzi qarşılaşması azarkeşlərə əsl 4 qollu triller bəxş etdi. “Bank Respublika Arena”da keçirilən matç kəskin hücumlar, fərdi ustalıqlar və hər iki komandanın güzəştsiz mübarizəsi ilə yadda qaldı.

Matça favorit kimi çıxan meydan sahibləri oyuna aqressiv başladı. Təzyiq öz sözünü çox tez dedi: Anje Mutsinzinin komanda yoldaşı Renatoya etdiyi uğursuz ötürməni Premyer Liqanın bombardiri Coy-Lans Mikkels bağışlamadı və “bayquşlar”ı hesabda önə keçirdi.

Buraxılan qol Rəşad Sadıqovun yetirmələrini sarsıtmadı; əksinə, oyunun ritmini diktə etməyə başlayan qonaqlar qısa zamanda vəziyyəti öz xeyirlərinə dəyişməyi bacardılar. “Zirə”nin nigeriyalı müdafiəçisi İssa Cibrillanın fərdi ustalığı ilə qazandırdığı penaltini Ruan Renato 32-ci dəqiqədə dəqiq yerinə yetirərək tarazlığı bərpa etdi. Fasiləyə az qalmış isə qonaqlar əsl əks-hücum dərsi keçdi. Volkov-Cibrilla-Aydın üçlüyünün qurduğu sürətli kombinasiya 40-cı dəqiqədə Eren Aydının qolu ilə nəticələndi və “Zirə” soyunub-geyinmə otağına üstün yollandı.

İkinci yarıya vəziyyəti dəyişmək əzmi ilə çıxan Valdas Dambrauskasın komandası yenidən təşəbbüsü ələ aldı. 51-ci dəqiqədə cari mövsümün kəşfi olan Timoteuş Puxaçın qızıl dəyərindəki cinah asmasını İqor Noqeyra başla tora qovuşdurdu – 2:2. Bu ötürmə Puxaçın mövsümdəki 10-cu məhsuldar ötürməsi oldu və onu asistentlər siyahısında çempionatın vahid liderinə çevrildi.

Oyunun qalan dəqiqələri “Sabah”ın kütləvi hücumları ilə müşayiət olunsada, Rəşad Sadıqovun düzgün əvəzləmələri və komandasının intizamlı müdafiə planı hesabın dəyişməsinə imkan vermədi.

Bu nəticə ilə “Zirə” “Sabah”ın 4 oyunluq qələbə seriyasına son qoyaraq çətin səfərdən avrokubok şanslarını qoruyan vacib 1 xalla döndü. “Sabah” isə çempionluq yarışında xal itirsə də, mübarizəsini davam etdirir. Qeyd edək ki, “bayquşlar” 12-ci turdan sonra yalnız “Qarabağ”la matçda (3:3) xal itirmişdi.

SABAH – ZİRƏ – 2:2 (1:2) Mikkels, 16 (1:0), Renato, 32 pen. (1:1), Aydın, 40 (1:2), Noqeyra, 51 (2:2)

Baş hakim – Tural Qurbanov.

Sabah: Stas Pokatilov (k), Velko Simiç, Coy-Lans Mikkels, Akim Zedadka, Stiv Solve, Timoteuş Puxaç, Kahim Pərris (Orfi Mbina, 76), Umarali Raxmonaliyev, Aleksey İsayev (Aron Maluda, 66), İqor Noqeyra, İvan Lepinitsa.

Zirə: Tiaqo Silva, Qismət Alıyev (k), Ruan Renato, İssa Cibrilla (Enrike, 73), Braim Konate, Anje Mutsinzi, Davit Volkov, Ayron Qomis (Hacıağa Hacılı, 80), Eren Aydın (Leroy Mikkels, 73), Quima, Stefan Aka.

Sarı vərəqələr: Qomis, 45+2. Silva, 54. Cibrilla, 62. Raxmonaliyev, 81.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04