Sərxoş halda alınan komanda İngiltərədə tarix yazdı!

11.01.26 | 16:55
Dünya futbolu

“Ayılanda gördüm ki, klub almışam”: Sərxoş halda alınan komanda İngiltərədə tarix yazdı!

İngiltərə Kubokunda (FA Cup) əsl möcüzə baş verib. Aşağı liqa təmsilçisi “Makklesfild” turnirin son qalibi, Premyer Liqa nəhəngi “Kristal Pelas”ı 2:1 hesabı ilə məğlub edərək sensasiyaya imza atıb. Lakin matçın nəticəsindən çox, klub sahibinin qələbədən sonrakı etirafları hamını heyrətləndirib.

“Makklesfild”un sahibi Rob Smetharst klubun satınalma prosesi ilə bağlı inanılmaz bir sirrin üstünü açıb. O, komandanı ayıq başla almadığını etiraf edib:

 “Dörd günlük içki məclisindən sonra futbol klubu almaq heç də pis ideya deyilmiş! Ən gülməlisi odur ki, mən bunu necə etdiyimi və satınalma anını xatırlamıram. Amma indi baş verənlərə baxın – bu, möhtəşəmdir!”.

Smetharst qeyd edib ki, klubun yenidən canlanması yerli azarkeşlər və icma üçün böyük bayramdır. “Kim bilir, bəlkə də daha böyük uğurlar qazanacağıq? Axı xəyallar məhz belə gözlənilməz anlarda gerçəkləşir, elə deyilmi?” – deyə o əlavə edib. Qələbəni necə qeyd edəcəyi soruşulduqda isə klub sahibi öz üslubuna sadiq qalıb: “Bu gün bizə hər şey olar! Ola bilsin ki, gecənin sonunda özümü İbizada tapdım”.

Bu hadisə futbol dünyasında “ən uğurlu təsadüfi investisiya” kimi qiymətləndirilir. “Makklesfild”in bu zəfəri İngiltərə futbolu tarixində ən böyük sürprizlərdən biri hesab olunur.Yeri gəlmişkən, 6-cı divizion təmsilçisi “Makklesfild”i əfsanəvi Ueyn Runinin kiçik qardaşı Con Runi çalışdırır. Qardaşının məşqçilik karyerasındakı bu sıçrayışını dəyərləndirən Ueyn Runi deyib: “Qardaşımın belə bir uğura imza atdığını görmək inanılmazdır. O, məşqçiliyə cəmi bir neçə müddətdir başlayıb, amma artıq tarix yazır. Onunla həqiqətən qürur duyuram”.

Paylaş:

Xəbər Lenti

Tsxadadze: “Hər oyun final olacaq”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46