Dünya futbolunun ən çox qazanan mütəxəssislərindən biri olan Pep Qvardiola bu dəfə meydandakı taktiki gedişləri ilə deyil, ailəvi fotosundakı bir detallla gündəmə gəlib. “Mançester Siti”nin baş məşqçisinin qızı ilə birlikdə yer aldığı fotoda diqqətçəkən məqam izləyicilərin nəzərindən qaçmayıb.
Şəkildə Qvardiolanın qızının əlindəki telefonun ekranının tamamilə sınıq olduğu aydın görünür. Həftəlik qazancı təxminən 400 min funt-sterlinq (təxminən 850 min manat) olan bir məşqçinin övladının zədəli telefondan istifadə etməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bu görüntü istifadəçilər arasında fikir ayrılığına səbəb olub. İzləyicilərin bir qismi bunu ailənin təvazökarlığı və maddi vəsaitə olan sadə yanaşması kimi qiymətləndirib. Digər tərəf isə “Bu qədər gəlir müqabilində niyə yeni telefon alınmır?” sualı ilə təəccüblərini gizlətməyiblər. Hər bir halda, Qvardiolanın qızının bu görüntüsü “milyonçu həyatı” barədə formalaşmış stereotipləri alt-üst edib.