“Zirə” klubu daxili transferdə hərəkətə keçib. “Qartallar” komandanın əsas simalarından biri olan Ayron Qomislə yeni müqavilə imzalamaq üçün danışıqlara start verib. Paytaxt təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin çıxışından razıdır və onunla əməkdaşlıq müddətini uzatmağı hədəfləyir. Qeyd edək ki, fransalı legionerin hazırkı sözləşməsi cari mövsümün sonunda başa çatacaq.
Ayron “Zirə”nin orta xəttində oyunun qurulmasında və sürətli hücumların təşkilində mühüm rol oynayır. Onun komandada qalması baş məşqçi Rəşad Sadıqovun gələcək planları üçün strateji əhəmiyyət kəsb edir.
Müqaviləsinin bitməsinə az qalması digər klubların da diqqətini çəkə bilər. Bu səbəbdən “Zirə” rəhbərliyi digər təkliflərin qarşısını almaq üçün danışıqları tezləşdirib.
Qomis “Zirə”yə keçdikdən sonra Premyer Liqaya tez adaptasiya olması və stabil oyunu ilə seçilən legionerlərdən birinə çevrilib.