“Qarabağ”ın oyununda insident

06.11.25 | 08:20
Ölkə futbolu

“Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının oyununda insident baş verib. İngilis mətbuatının yazdığına görə, Gənclər Liqası çərçivəsində Bakıda keçirilən oyun zamanı “Qarabağ” azarkeşləri “Çelsi” oyunçularına qarşı irqçi hərəkətlər edib. Eyd olunur ki, 17 yaşlı hücumçu Sol Qordon oyunun 57-ci dəqiqəsində hesabı açıb və qol sevincini azsaylı tamaşaçılar arasında olan bir qrup azarkeşin yaxınlığında qeyd edib. Həmin azarkeşlər meydançaya tərəf qaçaraq futbolçularla qarşıdurmaya cəhd göstəriblər. Hadisə şahidləri “BBC Sport”a bildiriblər ki, bəzilərinin meymun hərəkətləri etdiyini görüb və eşidiblər. Oyun bir neçə dəqiqəlik dayandırılıb, futbolçular ukraynalı hakim Dmıtro Kubryaka şikayət ediblər. Baş məşqçi Kalum Makfarleyn də daxil olmaqla məşqçi heyəti müzakirələrə qoşulub. Bir müddət “Çelsi”nin oyunu dayandıracağı ehtimal edilsə də, komanda fasilədən sonra matça davam edib və 5:0 hesabı ilə qalib gəlib.

“Çelsi”nin bəyanatında deyilir:
“Biz bu gün Azərbaycanda keçirilən UEFA Gənclər Liqası oyununda baş vermiş insidentin fərqindəyik. Qol vurduqdan sonra bir neçə futbolçumuz tribunadakı bir nəfərin irqçi hərəkətlərinə məruz qalıb. İrqçilik və bütün ayrı-seçkilik formaları tamamilə qəbuledilməzdir və nə futbolda, nə də cəmiyyətdə yerinə malikdir. Biz bu hərəkətə yol verən şəxsin davranışlarını qəti şəkildə pisləyirik.”

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01