“Qarabağ”ın legionerləri üçün fərqli ssenari: Yankoviçə dəvət, Duranın adında sirli silinmə

20.03.26 | 18:16
Ölkə futbolu

“Qarabağ”ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviç yenidən Monteneqro milli komandasının heyətinə cəlb olunub. Təcrübəli pleymeyker martın 28-də Andorra və aprelin 1-də Sloveniya ilə keçiriləcək yoldaşlıq görüşlərində ölkəsinin şərəfini qoruyacaq. Podqoritsada baş tutacaq hər iki qarşılaşma monteneqroluların növbəti tsikl üçün hazırlıq mərhələsi baxımından böyük önəm daşıyır.

Ağdam klubunun digər legioneri Kamilo Duranla bağlı isə vəziyyət fərqli məcra alıb. Bir neçə gün əvvəl 24 yaşlı hücumçunun Kolumbiya millisinə çağırıldığı barədə məlumat verilsə də, son siyahıya onun adı salnmayıb. Baş məşqçi Nestor Lorentsonun Xorvatiya və Fransa ilə sınaq matçları üçün açıqladığı 26 nəfərlik geniş heyətdə Duranın adına rast gəlinmir.

Maraqlıdır ki, “Köhlən atlar” ilkin olaraq futbolçunun dəvət aldığını rəsmən elan etsə də, qısa müddət sonra həmin paylaşımı sosial media hesablarından silib. Bu məqam idman ictimaiyyəti tərəfindən oyunçunun dəvətinin son anda ləğv edilməsi və ya texniki yanlışlıq kimi qiymətləndirilir.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24