“Qarabağ”ın aparıcı oyunçularından olan Marko Yankoviç, böyük ehtimalla Ağdam klubunda son mövsümünü keçirir. 30 yaşlı təcrübəli futbolçunun karyerasını Asiya regionunda davam etdirəcəyi gözlənilir. Yankoviçin xidmətində bir neçə ölkənin klubları maraqlıdır. Futbolçuya hazırda Çin, Səudiyyə Ərəbistanı
və Yaponiya klublarından rəsmi təklif aldığı bildirilir.
Qeyd edək ki, monteneqrolu legionerin “köhlən atlar”la 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi mövcuddur. Buna baxmayaraq, tərəflərin yay transfer pəncərəsində yolları ayıracağı və Yankoviçin karyerasını qeyd olunan ölkələrdən birində davam etdirəcəyi proqnozlaşdırılır.