“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda evdə “Şamaxı” ilə qolsuz bərabərliyə razılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis itirilmiş xalları, çempionluq şanslarını və futbolçularına gələn transfer təkliflərinin komandaya təsirini dəyərləndirib.

Qurban Qurbanov ilk növbədə azarkeşlərə təşəkkür edərək oyunun gedişatına toxunub: “Futbolçularıma və bizi tək qoymayan azarkeşlərimizə minnətdaram. Komanda sona qədər qələbə üçün döyüşsə də, istədiyimiz nəticəni ala bilmədik. Futbolda belə hallar olur. Ayxan Abbasova və “Şamaxı”ya gələcək oyunlarda uğurlar arzulayıram”.

Turnir cədvəlindəki vəziyyəti real dəyərləndirən baş məşqçi, liderlə aradakı fərqin böyüdüyünü etiraf edib: “Artıq kifayət qədər xal itirmişik. Lider “Sabah”la aradakı 10 xallıq fərq az deyil və bu, komandaya psixoloji təsir edir. Lakin bu o demək deyil ki, biz çempionatdan əl çəkib yalnız ölkə kubokuna köklənəcəyik. Qarşıda bizi “Sabah” və “Neftçi” kimi rəqiblərlə maraqlı qarşılaşmalar gözləyir. Həmin oyunlara daha pozitiv hazırlaşmalı və sona qədər azarkeşlərimizə yaxşı futbol nümayiş etdirməliyik”.

Növbəti mövsüm üçün planlardan danışan çalışdırıcı, heyətin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Hər şey həmişə istədiyimiz kimi getmir. Alınmayan mövsümlər də olur. Amma müəyyən köklü dəyişikliklər etmək niyyətindəyik. Komandaya yeni qan, yeni futbolçular lazımdır”.

Zubirin Qətərə mümkün transferi ilə bağlı sualı cavablandıran Qurbanov, bu barədə məlumatı olmadığını bildirsə də, oyunçulara gələn təkliflərin konsentrasiyanı pozduğunu gizlətməyib: “Zubirin gedişi ilə bağlı məndə məlumat yoxdur. Lakin reallıq budur ki, futbolçularımızın 70-80 faizinə müxtəlif təkliflər gəlib. Bu, futbolun qanunudur. Onlar uğurlu mövsüm keçirdikləri üçün diqqət mərkəzindədirlər. Təəssüf ki, bu təkliflər oyunçuların düşüncəsinə 100 faiz təsir edib. Xüsusilə heyətə yeni qoşulanların bu cür xəbərlərdən təsirlənməsi bizim üçün mənfi nüansdır”.

Paylaş:

Xəbər Lenti

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02