A Seriyasının 25-ci turunda Alessandro Bastoninin simulyasiyasına aldanaraq Pyer Kalülünü səhvən meydandan qovan baş hakim Federiko La Penna təzyiqlərlə üzləşib. Səhv qərardan sonra sosial şəbəkələrdə ölüm təhdidləri alan referi Roma polisinə şikayət edib. ANSA-nın məlumatına görə, faktla bağlı artıq araşdırma başladılıb.