Mauro İkardinin “Qalatasaray” rəhbərliyi ilə münasibətləri getdikcə pisləşir və artıq onun komandadan ayrılması qaçılmazdır. Həftəsonu səfərdə “Kocaelispor”a minimal hesablı məğlubiyyətdən sonra münaqişə daha da dərinləşib. “Cim-bom”un idman direktoru Türkan Bolayur bəzi oyunçuları səhlənkarlıqda ittiham edib. Onlar arasında İkardinin də adı çəkilib. İdman direktoru bunları söyləyib: “O, qaça bilmir, artıq çəkisini atmağı bacarmır, ancaq şəxsi keyfiyyətlərini və xarizmasını artırmağa çalışır. Belə davam edə bilməz, çünki oyunçu əsgərdir. Klubun tələblərinə hörmət etməlidir, etməzsə “Qalatasaray”da oynaya bilməz”.