Məhkəmə Mbappe-PSJ mübahisəsinə nöqtə qoydu

17.12.25 | 13:49
Dünya futbolu

Məhkəmə Killian Mbappe ilə sabiq klubu PSJ arasındakı qarşılıqlı ittihamlara son qoyub. Paris Əmək Mübahisələri Məhkəməsi PSJ-nin Killian Mbappeyə ödənilməmiş əməkhaqqı və bonuslar üçün 61 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb. Xatırladaq ki, ulduz futbolçu müqaviləni uzatmaqdan imtina etdikdən sonra klub rəhbərliyi tərəfindən ona qarşı pis rəftar edildiyini iddia edirdi. PSJ isə hesab edirdi ki, Mbappe klubun Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına mümkün transferindən qazanacağı gəlirə bilərəkdən mane olub.

Noyabrın 17-dən davam edən məhkəmə prosesində tərəflərin tələbləri kəskin fərqlənirdi:

Futbolçu müqaviləni uzatmadığı üçün məruz qaldığı psixoloji təzyiq və pis rəftara görə klubdan 263 milyon avro təzminat tələb edirdi.

Klub isə hücumçunu “Əl-Hilal”la planlaşdırılan və daha böyük məbləği nəzərdə tutan transfer sövdələşməsini pozmaqda günahlandıraraq 240 milyon avroluq qarşılıqlı iddia qaldırmışdı.

Məhkəmə PSJ-nin bütün tələblərini əsassız sayaraq rədd edib.

Mbappe 2023/24 mövsümünün əvvəlində təqdim etdiyi şikayətdə bildirmişdi ki, müqaviləni yeniləmədiyi üçün o, əsas heyətdən uzaqlaşdırılıb və satılması planlaşdırılan “artıq” futbolçularla məşq etməyə məcbur edilib. PSJ isə futbolçunu “Əl-Hilal”ın təklif etdiyi 300 milyon avroluq rekord transferə mane olmaqda təqsirləndirirdi.

Xatırladaq ki, 2024-cü ildə Mbappe azad agent statusu ilə “Real” keçmişdir. Tərəflər arasındakı əsas mübahisə 2023-cü ilin avqustunda əldə olunmuş şifahi razılaşmadan qaynaqlanırdı. Həmin razılaşmaya görə, futbolçu mövsüm sonunda klubdan pulsuz gedəcəyi təqdirdə 55 milyon avroluq bonusdan imtina etməli idi. Lakin Mbappe yanvar ayında jurnalistlərə açıqlamasında bu razılaşmanın hüquqi qüvvəsinin şübhəli olduğunu bildirmişdi.

Fransanın Peşəkar Futbol Liqası (LFP) və Fransa Futbol Federasiyası (FFF) da apellyasiya şikayətləri zamanı Mbappenin tərəfini tutmuşdu.

Məhkəmə Killian Mbappe ilə sabiq klubu PSJ arasındakı qarşılıqlı ittihamlara son qoyub. Xatırladaq ki, ulduz futbolçu müqaviləni uzatmaqdan imtina etdikdən sonra klub rəhbərliyi tərəfindən ona qarşı pis rəftar edildiyini iddia edirdi. PSJ isə hesab edirdi ki, Mbappe klubun Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına mümkün transferindən qazanacağı gəlirə bilərəkdən mane olub.

“L’Equipe” nəşrinin yaydığı məlumata görə, Paris Əmək Mübahisələri Məhkəməsi PSJ-nin Killian Mbappeyə ödənilməmiş əməkhaqqı və bonuslar üçün 61 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

Noyabrın 17-dən davam edən məhkəmə prosesində tərəflərin tələbləri kəskin fərqlənirdi:

Futbolçu müqaviləni uzatmadığı üçün məruz qaldığı psixoloji təzyiq və pis rəftara görə klubdan 263 milyon avro təzminat tələb edirdi.

Klub isə hücumçunu “Əl-Hilal”la planlaşdırılan və daha böyük məbləği nəzərdə tutan transfer sövdələşməsini pozmaqda günahlandıraraq 240 milyon avroluq qarşılıqlı iddia qaldırmışdı.

Məhkəmə PSJ-nin bütün tələblərini əsassız sayaraq rədd edib.

Mbappe 2023/24 mövsümünün əvvəlində təqdim etdiyi şikayətdə bildirmişdi ki, müqaviləni yeniləmədiyi üçün o, əsas heyətdən uzaqlaşdırılıb və satılması planlaşdırılan “artıq” futbolçularla məşq etməyə məcbur edilib. PSJ isə futbolçunu “Əl-Hilal”ın təklif etdiyi 300 milyon avroluq rekord transferə mane olmaqda təqsirləndirirdi.

Xatırladaq ki, 2024-cü ildə Mbappe azad agent statusu ilə “Real” keçmişdir. Tərəflər arasındakı əsas mübahisə 2023-cü ilin avqustunda əldə olunmuş şifahi razılaşmadan qaynaqlanırdı. Həmin razılaşmaya görə, futbolçu mövsüm sonunda klubdan pulsuz gedəcəyi təqdirdə 55 milyon avroluq bonusdan imtina etməli idi. Lakin Mbappe yanvar ayında jurnalistlərə açıqlamasında bu razılaşmanın hüquqi qüvvəsinin şübhəli olduğunu bildirmişdi.

Fransanın Peşəkar Futbol Liqası (LFP) və Fransa Futbol Federasiyası (FFF) da apellyasiya şikayətləri zamanı Mbappenin tərəfini tutmuşdu.

Paylaş:

Xəbər Lenti

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28

AFFA İK-dan daha bir qərarı: Klublar cərimələndi, baş məşqçi cəzalandı

09.04.26 | 17:27

AFFA-dan sərt qərarlar: “Turan-Tovuz”a ağır cərimə, “Zirə”yə xəbərdarlıq

09.04.26 | 17:40

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43