“Çelsi”nin və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Mixael Ballak UEFA Çempionlar Liqasının cari mövsümünün favoritləri barədə fikirlərini bölüşüb. “Bavariya” istənilən rəqibi məğlub edə bilər. Amma dinamikanı nəzərə almaq lazımdır: ötən mövsümdə onlar 1/4 finalda “İnter”ə uduzdular. Buna görə də “Bavariya” mənim üçün mütləq favorit deyil, daha çox iddiaçıdır. “Mançester Siti”ni də əsas favorit adlandıra bilmərəm – onların da əvvəlki çıxışlarını və yaşadığı problemləri unutmamaq lazımdır.
“Real”? Onlar da yox. Vəziyyətləri təxminən “Mançester Siti”dəki kimidir.
Favorit kimdir? Şübhəsiz ki, “Barselona”. Bu çox güclü komandadır. Xüsusilə Lamin Yamal məni heyran edir – oyunun taleyini dəyişə biləcək inanılmaz futbolçudur. Hansi Flik isə komanda üçün ideal məşqçidir. Əlbəttə, favoritlər arasında hazırkı çempion “PSJ”ni də qeyd etmək lazımdır. Luis Enrikenin rəhbərliyi altında bu komanda həqiqətən top səviyyəyə çatıb”, – Ballakın sözlərini Bild yayıb. Bununla yanaşı, Ballak “Çelsi”nin də bu mövsüm turnirdə sürpriz göstərə biləcəyini bildirib.