Messi gələcək planlarından danışdı: Məşqçi yox, klub sahibi olmaq istəyir

08.01.26 | 09:59
Dünya futbolu

Hazırda MLS-in “İnter Mayami” klubunda çıxış edən 38 yaşlı argentinalı ulduz Lionel Messi karyerasını bitirdikdən sonra məşqçiliklə məşğul olmaq niyyətində olmadığını, bunun əvəzinə klub sahibi olmağa üstünlük verdiyini bildirib.

Argentinanın “LUZU TV” kanalına müsahibə verən Messi ilk dəfə gələcək planlarını bu qədər açıq bölüşüb. O, məşqçilik fəaliyyətinin ona uyğun olmadığını qeyd edərək deyib: “Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq ideyası maraqlı gəlsə də, əgər seçim etməli olsam, mən klub sahibi olmağı üstün tutaram”.

Futbolçu öz klubunu qurmaq və inkişaf etdirmək arzusundan bəhs edərkən bu sahənin onu daha çox cəlb etdiyini vurğulayıb:”Öz klubuna sahib olmaq, onu sıfırdan qurub inkişaf etdirmək, gənc oyunçulara və digər insanlara özlərini göstərmək, vacib uğurlar qazanmaq imkanı yaratmaq – məni ən çox cəlb edən budur”.

Müsahibə zamanı Messi şəxsi vərdişləri ilə bağlı maraqlı bir detala da toxunub. O, bəzən özünə bir qədəh şərab içməyə icazə verdiyini və bunu çox sadə bir üsulla etdiyini etiraf edib:“Şərabı sevirəm. Amma bəzən onu Sprite ilə qarışdırıram. Bu, mənim sadə seçimimdir. Belə olanda daha tez təsir edir”.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46