Kaxaber Tsxadadze: “Düşünürdüm ki, qələbə artıq bizimdir”

06.03.26 | 07:41
Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze ölkə kubokunun 1/4 final mərhələsində “Sabah”a qarşı keçirilən dramatik cavab oyunundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis komandasının penaltilər seriyasındakı çıxışına toxunaraq, son ana qədər uğura inandığını bildirib: “Düzünü desəm, qələbənin artıq bizimlə olduğunu düşünürdüm. Penaltilər seriyasında yaxşı çıxış edəcəyimizə ümid edirdim. Çempionatdakı son iki oyunumuzu nəzərə alsaq, belə nəticə gözləmirdim. Penalti psixologiya məsələsidir. Məsələn, Murad Musayev adətən topu digər küncə vurur, amma bu dəfə alınmadı. Onun zərbəsi məni də təəccübləndirdi. Futbolçular məşqlərdə etdiklərini gərginlik səbəbindən oyunda təkrarlaya bilmədilər”.

Tsxadadze ikinci hissənin əvvəlində Adriel Ba Luanın meydandan qovulmasına və digər mübahisəli məqamlara da münasibət bildirib: “AFFA bu məsələni araşdırmalıdır. Mənə elə gəlir ki, həmin epizoddan əvvəl qayda pozuntusu var idi. Hakim yanaşmaları fərqli ola bilər, amma geri qayıtmaq mümkün deyil. Akinadenin üzünə zərbə endirilən anı da qeyd etməliyəm. Şəxsi fikrimcə, orada da qırmızı vərəqə verilməli idi. Bu məqamlar ciddi təhlil tələb edir”.

Oyunun keyfiyyətindən razı qalan məşqçi, əsas hədəfə fokuslandıqlarını vurğulayıb: “Çox maraqlı oyun alındı, çoxlu qollar və fürsətlər izlədik. Futbolçularım həm xarakter, həm də oyun baxımından əllərindən gələni etdilər. Belə matçlar çempionatın səviyyəsi üçün vacibdir. İndi bizim əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Maraqlıdır ki, növbəti matçımızda da rəqibimiz yenə ‘Sabah’ olacaq”.

O, həmçinin oyundan sonrakı emosiyalarından danışaraq, hələ futbolçu olduğu illərdən bəri adrenalin səbəbindən oyun gecələri yata bilmədiyini zarafatla qeyd edib.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46