Almaniyanın Karlsrue şəhərində keçirilən mötəbər “Grenke Chess Freestyle” şahmat turnirində mübarizə gərginləşir. İki təmsilçimizin qatıldığı yarışda növbəti oyun günü geridə qalıb.
Turnirin 4-cü və 5-cü turları Azərbaycan şahmatçısı Rauf Məmmədov üçün uğurlu keçib. Təcrübəli qrosmeysterimiz hər iki turda rəqiblərini məğlub edərək aktivinə 2 xal yazdırıb. Bu nəticə ilə xallarının sayını 3,5-ə çatdıran Məmmədov, turnir cədvəlində 68-ci pilləyə yüksəlib.
Yarışdakı digər təmsilçimiz Nərmin Xələfova isə hazırda 2,5 xalla 131-139-cu sıraları bölüşür. Şahmatçımız qarşıdakı turlarda mövqeyini yaxşılaşdırmaq üçün mübarizəni davam etdirəcək.
Yarışa ev sahibi Almaniyanın gənc ulduzu Vinsent Keymer başçılıq edir. O, keçirdiyi bütün oyunlarda maksimum nəticə göstərərək liderliyini qoruyur.
Aprelin 6-dək davam edəcək turnir həm innovativ formatı, həm də güclü heyəti ilə seçilir.