Qəbələ şəhər stadionunda keçirilən oyuna nominal qonaqlar daha üstün başladı və iki topla rahat qələbə qazanacağına ümidlər verdi. Lakin, təslim olmaq istəməyən gəncəlilər ilk yarının son uzatma dəqiqələrində fərqi azaldaraq intriqanı ikinci yarıya saxladı. Künc zərbəsi zamanı “Sabah”ın oyunçuları topu çıxara bilmədi və Onanuqa önünə düşən topu sağ küncdən qapıya yönəldə bildi.
İkinci hissədə nominal qonaqlar oyuna daha ciddi yanaşaraq hesabı artırdılar və istədikləri 3 xalla Bakıya döndülər. “Kəpəz” Azər Bağırovun gəlişi ilə nisbətən dəyişib, daha istəkli oyanasa da, komandanın güclülərlə başa-baş oynaması hələ ki, mümkünsüz görünür.
”Kəpəz” – “Sabah” 1:3
Qollar: O. Onanuqa, 45+5 – V. Simiç, 22. C. Mkels, 28. İ. Noqeyra, 54.