“Qalatasaray”ın transferini bitirməyə çox yaxın olduğu Hakan Çalhanoğlu məsələsində sular yenidən bulanıb. İtaliya nəhəngi “İnter”in son anda prosesə müdaxilə etməsi transferin gedişatını tamamilə dəyişib.
İtaliya mətbuatının məlumatına görə, “neradzurrilər”in baş məşqçisi Kristian Kivu rəhbərliklə görüşərək milli ulduzun komandada qalmasını tələb edib. Türkiyəli yarımmüdafiəçinin nümayiş etdirdiyi yüksək performansı xüsusi vurğulayan Kivu, Hakanın oyun sistemində əvəzedilməz fiqur olduğunu bildirib.
Müqaviləsinin bitməsinə cəmi 1 il qalan 32 yaşlı futbolçunu itirmək istəməyən Milan təmsilçisi hərəkətə keçib. “İnter” rəhbərliyinin formadakı ulduz üçün yeni müqavilə paketi hazırladığı və yaxın günlərdə futbolçuya rəsmi təklif təqdim edəcəyi vurğulanır. Bu gəlişmə tərəflər arasında “müqavilə çıxılmazlığı” yaratsa da, italyanlar Hakanın gələcəyini komandada görür.
Transfer siyahısının ilk pilləsində Hakanın adını yazan “Qalatasaray” rəhbərliyi isə israrlıdır. Təcrübəli futbolçunun da karyerasının bu mərhələsində “sarı-qırmızılı” formanı geyinməyə müsbət yanaşması İstanbul klubunun əlini gücləndirən əsas amildir. “İnter” rəhbərliyi “Cim-Bom”un ciddi marağından xəbərdar olduğu üçün prosesi yaxından təqib edir.Görünən odur ki, Hakan Çalhanoğlunun gələcəyi yay transfer pəncərəsinin ən səs-küylü və müzakirə edilən mövzusu olacaq. Hər şeyə mövsümün sonunda nöqtə qoyulacağı gözlənilir.