“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20
Dünya futbolu

“Qalatasaray”ın transferini bitirməyə çox yaxın olduğu Hakan Çalhanoğlu məsələsində sular yenidən bulanıb. İtaliya nəhəngi “İnter”in son anda prosesə müdaxilə etməsi transferin gedişatını tamamilə dəyişib.

İtaliya mətbuatının məlumatına görə, “neradzurrilər”in baş məşqçisi Kristian Kivu rəhbərliklə görüşərək milli ulduzun komandada qalmasını tələb edib. Türkiyəli yarımmüdafiəçinin nümayiş etdirdiyi yüksək performansı xüsusi vurğulayan Kivu, Hakanın oyun sistemində əvəzedilməz fiqur olduğunu bildirib.

Müqaviləsinin bitməsinə cəmi 1 il qalan 32 yaşlı futbolçunu itirmək istəməyən Milan təmsilçisi hərəkətə keçib. “İnter” rəhbərliyinin formadakı ulduz üçün yeni müqavilə paketi hazırladığı və yaxın günlərdə futbolçuya rəsmi təklif təqdim edəcəyi vurğulanır. Bu gəlişmə tərəflər arasında “müqavilə çıxılmazlığı” yaratsa da, italyanlar Hakanın gələcəyini komandada görür.

Transfer siyahısının ilk pilləsində Hakanın adını yazan “Qalatasaray” rəhbərliyi isə israrlıdır. Təcrübəli futbolçunun da karyerasının bu mərhələsində “sarı-qırmızılı” formanı geyinməyə müsbət yanaşması İstanbul klubunun əlini gücləndirən əsas amildir. “İnter” rəhbərliyi “Cim-Bom”un ciddi marağından xəbərdar olduğu üçün prosesi yaxından təqib edir.Görünən odur ki, Hakan Çalhanoğlunun gələcəyi yay transfer pəncərəsinin ən səs-küylü və müzakirə edilən mövzusu olacaq. Hər şeyə mövsümün sonunda nöqtə qoyulacağı gözlənilir.

Paylaş:

Xəbər Lenti

“Şamaxı” “Qarabağ”ı qəbul edir – YENİLƏNİR

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28