İnanılmaz geri dönüş və ingilis klublarının çöküşü

18.03.26 | 17:50
Dünya futbolu

Avropa futbolunun zirvəsində 1/8 final mərhələsi dramatik hadisələrlə yadda qaldı. Gecənin əsas qəhrəmanı Lissabonun “Sporting” klubu olsa da, turnirin favoriti sayılan Pep Qvardiolanın “Siti”si növbəti dəfə Madrid səddinə çırpılaraq mübarizəni dayandırdı.

“Sporting”: tarixi qayıdış və ilk 1/4 final

Lissabon təmsilçisi “Bodo-Qlimt”lə ilk matçda aldığı 0:3 hesablı məğlubiyyətin əvəzini evdə 5:0-lıq möhtəşəm qələbə ilə çıxaraq tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazandı. Əvvəllər “Bavariya” (2009) və “Man Siti”yə (2022) uduzaraq bu mərhələdə ilişib qalan “aslanlar”, bu dəfə tilsimi sındırdılar.  Bu, ÇL tarixində ilk oyundakı 3 topluq fərqi aradan qaldıran cəmi 5-ci haldır. Norveç təmsilçisinin rusiyalı qapıçısı Nikita Haikin darmadağına baxmayaraq, bir mövsümdə 68 seyv edərək Tibo Kurtuanın rekordunu (59) yenilədi.

“Real” Qvardiolanı yenə “istrahətə göndərdi”

“Kral klubu”ı son illərin ənənəsini pozmadı. Pep Qvardiolanın komandası ötən il olduğu kimi, yenə turnirlə erkən vidalaşdı. “Real”ın baş məşqçisi Arbeloa, Arda Gülər və Braim Diası “yalançı doqquzluq” kimi istifadə edərək mərkəzi zonada üstünlük qazandı. Bernardo Silvanın qırmızı vərəqəsi və Vinisiusun penalti qolu oyunun taleyini həll etdi. Qvardiola “Mançester Siti” ilə 10-cu cəhdində cəmi 1 titulla kifayətlənməli olub. O, etiraf etdi: “Madriddəki uşaqların ÇL titullarının sayı bizim bu turnirdə keçirdiyimiz illərdən çoxdur”.

“PSG” Londonda “Çelsi”ni darmadağın etdi

Paris təmsilçisi “Çelsi” üzərindəki hegemonluğunu davam etdirir. Evdəki 5:2-lik qələbədən sonra, parislilər Londonda da rəqibini rüsvay etdi (3:0). “Çelsi” iki oyunun cəmində qapısında 8 qol gördü – bu, London klubunun tarixində heç bir turnirdə rast gəlinməyən acınacaqlı göstəricidir. Paris klubu isə son 7 mövsümdə 5-ci dəfə 1/4 finala yüksəldi. Onların növbəti rəqibi “Liverpul” – “Qalatasaray” cütünün qalibi olacaq.

“Arsenal” alman səddini keçdi

Mikel Artetanın “Arsenal”ı Leverkuzen “Bayer”i ilə gərgin mübarizədən qalib ayrıldı. İlk matçdakı bərabərlikdən sonra, “topçular” evdə 2:0 hesablı inamlı qələbə qazanaraq növbəti mərhələyə adladılar. “Topçuların” macar legionrri Viktor Dyökereşin keçmiş klubu ilə qarşılaşması turnirin ən maraqlı intrigalarından birinə çevriləcək.

“Sportinq” – “Bude Qlimt” 5:0

Qonsalu İnasiu, 34. Qonsalveş, 61. Suares, 78-penalti. Arauxo, 92. Nel, 120+1

İlk oyun 0:3

“Mançester Siti” – “Real”

Holand, 41 – Vinisius Junior, 22, 90+3

İlk oyun 0:3

“Çelsi” – “PSJ” 0:3

Kvaratsxeliya, 6. Barkolya, 15. Maylu, 62

İlk oyun 2:5

Arsenal – Bayer

Eze, 36. Rays, 63

İlk oyun 1:1

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46