İlin ən yaxşı futbolçusu bu gün bilinəcək

16.12.25 | 14:50
Dünya futbolu

Bu gün, “The Best” mükafatlandırma mərasimi keçiriləcək və tədbirdə FİFA ilin yekunlarına görə dünya futbolunun ən yaxşılarını müəyyən edəcək.

İlin ən yaxşı oyunçusu adına 11 futbolçu iddialıdır. Ən çox təmsilçisi olan klublar PSJ və “Barselona”dır. Namizədlər siyahısına PSJ-dən Usman Dembele, Əşrəf Hakimi, Nunu Mendeş və Vitinya, eləcə də “Barselona”dan Pedri, Rafinya və Lamin Yamal daxil edilib. Bundan əlavə, mükafat uğrunda “Bavariya”dan Harri Keyn, “Real”dan Kilian Mbappe, “Çelsi”dən Koul Palmer və “Liverpul”dan Məhəmməd Salah mübarizə aparacaq.
Xatırladaq ki, ötən il bu nominasiyanın qalibi “Real”ın hücumçusu Vinisius Junior olmuşdu.
Həmçinin FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını da açıqlayıb. Siyahıya “Arsenal”dan Mikel Arteta, PSJ-dən Luis Enrike, “Barselona”dan Hans-Diter Flik, “Çelsi”dən Enso Mareska, “Liverpul”dan Arne Slot, Meksika millisindən Xavyer Aqirre və Portuqaliya millisindən Roberto Martines daxil olub.
Əsas fərdi mükafatlardan əlavə, qala-gecədə  ilin ən yaxşı qadın futbolçusu, kişilər və qadınlar arasında ən yaxşı qapıçılar, qadın futbolunda ən yaxşı məşqçi müəyyənləşəcək, həmçinin Puşkaş və Marta mükafatları təqdim olunacaq.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03