“Fironlar” ənənəyə sadiq qaldı: Son çempion titulunu qoruya bilmədi

11.01.26 | 14:14
Dünya futbolu

Misir oyuna fırtına kimi başladı. Artıq 4-cü dəqiqədə “Fillər”in kapitanı Frank Kessyenin kobud səhvindən sonra Ömər Marmuşa hesabı açdı – 1:0. Çox keçmədən misirlilər fərqi artırdı. Məhəmməd Salahın ötürməsindən sonra Rabia başla zərbə endirdi, Sanqareyə dəyən top istiqamətini dəyişərək qapının uzaq küncünə düşdü – 2:0. Fasiləyə az qalmış Kot-d’İvuar fərqi azaltsa da (2:1), ikinci hissənin əvvəlində Misir yenidən cəzalandırdı.

İkinci hissənin 6-cı dəqiqəsində Aşurun diaqonal ötürməsini Məhəmməd Salah soyuqqanlılıqla tamamladı – 3:1.

 *Maraqlı fakt: Bu qolla Məhəmməd Salah milli komandada 100-cü məhsuldar hərəkətini (qol+assist) etdi. O, bu göstəriciyə 113 matçda çatıb. Milli səviyyəsində “yüzlüyü” daha tez yığmaq yalnız Pele və Neymar-a nəsib olub.

73-cü dəqiqədə Kot-d’İvuar ümidləndi. Sanqarenin zərbəsindən sonra qapıçı əl-Şenavi topu qaytarsa da, təkrar zərbə ilə Gel Due (PSJ-li Dezire Duenin qardaşı) fərqi minimuma endirdi – 3:2. Lakin qalan 20 dəqiqə ərzində “Fillər”in təzyiqi nəticə vermədi. Turnir boyu aşağı qol effektivliyindən (yaradılan şansların reallaşdırılması problemi) əziyyət çəkən Kot-d’İvuar, bu dəfə də eyni problemin qurbanı oldu.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46