FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59
Dünya futbolu

48 komandalı Dünya Çempionatı formatını “həddindən artıq çox” hesab edənlər üçün pis xəbərimiz var: FIFA və onun rəhbəri Canni İnfantino əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Görünən odur ki, futbol dünyasını daha radikal dəyişikliklər gözləyir. “The Athletic” nəşrinin yaydığı məlumata görə, ali futbol qurumunun rəhbəri artıq indidən dünya çempionatında 64 komandanın iştirakını nəzərdə tutan iddialı – bir o qədər də mübahisəli — layihə üçün zəmin hazırlayır.

İnfantinonun bu ambisiyalı planı yolunda ən böyük dəstək okeanın o tayından gəlib. KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) Şurası 56 yaşlı isveçrəli funksionerin növbəti müddətə prezident seçilməsini yekdilliklə dəstəkləyib.

Hələlik İnfantino namizədliyini rəsmən elan etməsə də, Cənubi Amerikanın bu jesti onun yerini faktiki olaraq möhkəmləndirir. Xatırladaq ki, 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə o, heç bir rəqiblə qarşılaşmamışdı. Lakin bu dəfəki dəstək sadəcə siyasi loyallıq deyil, bu, DÇ-2030-un formatı ilə bağlı gedən intensiv müzakirələrin tərkib hissəsidir.

2030-cu il Dünya Çempionatı onsuz da futbol tarixində görünməmiş bir hadisə olacaq. Turnirin üç qitədə – Cənubi Amerika, Avropa və Afrika -keçirilməsi planlaşdırılır. Açılış matçları Uruqvay, Argentina və Paraqvayda, qalan oyunlar isə İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq.

Məhz bu “qlobal” dağınıqlıq, 64 komandalıq genişlənmə ideyasını gündəmə gətirib. İnfantino bu barədə danışarkən sirli ifadələr işlətməkdən çəkinmir: “Biz birlikdə dünyanın heç vaxt unutmayacağı bir şey üzərində işləyirik”.

Bu sözlər FIFA-nın 64 komandalıq təklifi ciddi şəkildə analiz etməyə hazır olduğunun siqnalı kimi qəbul edilir.

İnfantinonun siyasəti iştirakçı sayının artırılması üzərində qurulub. 2026-cı ildə debüt edəcək 48 komandalı format artıq reallıqdır. Lakin tənqidçilər həyəcan təbili çalır. Onların fikrincə komanda sayının artması zəif rəqiblərin çoxalmasına və turnirin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq. Oyunların üç fərqli qitədə təşkili və iştirakçı sayının 64-ə çatdırılması həm loqistik xaos, həm də təqvim sıxlığı və infrastruktur çatışmazlığı kimi ciddi risklər vəd edir. Artan oyun sayı onsuz da ağır yüklənmiş ulduz futbolçuların sağlamlığını riskə atır.

Hələlik yekun qərar verilməyib, lakin görünən odur ki, İnfantino futbolun coğrafiyasını genişləndirmək adı altında turniri nəhəng bir “sənaye maşınına” çevirməkdə qərarlıdır. 2030-cu il futbolun bayramı olacaq, yoxsa idarəolunmaz bir xaos? Bunu zaman göstərəcək.

Paylaş:

Xəbər Lenti

FIFA-da inqilab və ya xaos: 48 azdır, hədəf 64 komandadır!

12.04.26 | 01:59

Raulun rekordu tarixin arxivinə gömüldü: Lamin Yamaldan 100-cü oyunda yubiley şousu

12.04.26 | 01:52

Tarixi rekordun kölgəsində möhtəşəm qələbə: “Bavariya” 101-ə çatdı

12.04.26 | 01:42

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02