Donald Trampdan çağrış: “Futbolçuları ölümə göndərməyin”

11.03.26 | 21:07
Dünya futbolu

ABŞ-ın prezidenti Donald Trampın kəskin xəbərdarlığından sonra Avstraliya hökuməti İran qadın milli komandasının üzvləri ilə bağlı tarixi addım atıb.

Asiya kuboku çərçivəsində baş tutan qarşılaşmada İran dövlət himnini oxumayan futbolçuların vətənlərində “xain” elan edilməsi və ciddi təhlükə ilə üzləşməsi dünya gündəmini sarsıdıb. Hadisəyə dərhal reaksiya verən Donald Tramp, özünə məxsus Truth Social platformasında Avstraliya rəhbərliyinə sərt müraciət ünvanlayıb.

Tramp paylaşımında futbolçuların həyatının təhlükədə olduğunu vurğulayaraq bildirib: “Avstraliya komandanın İrana qayıtmasına icazə verməklə dəhşətli humanitar səhvə yol verir. Orada onları böyük ehtimalla ölüm gözləyir. Cənab Baş nazir, bunu etməyin, onlara sığınacaq verin! Əgər siz etməsəniz, ABŞ onları qəbul etməyə hazırdır.”

ABŞ-ın keçmiş liderinin bu çağırışı və beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində Avstraliya rəhbərliyi geri addım atıb. Son məlumatlara görə, təhlükəsizlik riskləri nəzərə alınaraq, İran yığmasının üzvlərinə Avstraliyada qalmaq üçün rəsmi sığınacaq statusu verilib.

Bu qərar idman dünyasında siyasi azadlıqlar və idmançı hüquqlarının qorunması baxımından mühüm presedent hesab olunur.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46