NHL klublarının və Çexiya millisinin keçmiş qapıçısı Dominik Qaşek, FİFA prezidenti Canni İnfantinonun Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə kəskin etirazını bildirib. Bazar ertəsi İnfantino bəyan etmişdi ki, Rusiya futbol komandalarının beynəlxalq matçlarda iştirakına qoyulan qadağanın ləğvi məsələsinə yenidən baxılmalıdır.
“FİFA prezidenti ya çox axmaqdır, ya da Rusiyanı dəstəkləyir. Rusiyalı futbolçuların turnirlərə buraxılması həmin ölkənin fəaliyyətinin böyük reklamına çevriləcək. Biz buna imkan verməməliyik! Bunu dayandırmalıyıq!” – deyə Haşek sosial media hesabında yazıb.