Daşkənddə Azərbaycan finalı

27.02.26 | 17:56
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” turnirinə start verilib. Yarışın ilk günü Azərbaycan yığması üçün tarixi anlarla yadda qalıb. Tatami üzərinə çıxan 7 təmsilçimizdən ikisi finalda üz-üzə gələrək milli komandamızın aktivinə həm qızıl, həm də gümüş medal yazdırıblar.

Turnirə yerli idmançı Samariddin Kuçkarovu (Özbəkistan) məğlub edərək başlayan Əhməd Yusifov, ardınca Jayro Moreno (Salvador) və Mehrzod Sufiyevi (Tacikistan) mübarizədən kənarlaşdırıb. Yarımfinalda digər bir özbək cüdoçusu Doston Ruziyevi üstələyən Yusifov finala vəsiqə qazanıb.

Digər qrupda Balabəy Ağayev də eyni əzmkarlıqla irəliləyib. O, ardıcıl olaraq Baxrom Boturov (Özbəkistan), Conatan Yanq (ABŞ) və Luka Qadeliya (Gürcüstan) üzərində qələbə çalıb. Yarımfinalda Yaponiya təmsilçisi Taiki Nakamuranı məğlub etməsi isə onun günün ən yaxşılarından olduğunu sübut edib. İki həmyerlimizin gərgin keçən qarşılaşmasında Yusifov Ağayevə qalib gələrək turnirin qızıl medalına sahib olub.

Digər çəki dərəcələrinə gəlincə, 66 kq çəkidə mübarizə aparan idmançılarımız üçün gün bir qədər çətin keçib. Nizami İmranov ilk mərhələdə rəqibi gəlmədiyi üçün qalib elan edilsə də, 1/8 finalda yerli idmançı Zaxmaşari Bekmurodova uduzub. Turan Bayramov isə İsrail təmsilçisini keçsə də, növbəti mərhələdə yaponiyalı Şinşey Hattoriyə müqavimət göstərə bilməyib.

Qadınların yarışında

Şəfəq Həmidova (48 kq) Çin və Almaniya təmsilçilərini məğlub edərək 1/4 finala yüksəlsə də, burada yaponiyalı rəqibinə, təsəlliverici görüşdə isə ABŞ idmançısına uduzaraq yarışı medalsız başa vurub. Könül Əliyeva (48 kq) turnirə qələbə ilə başlasa da, 1/8 finalda türkiyəli Tuğçe Bederə məğlub olub. Leyla Əliyeva (52 kq) isə ilk görüşündəcə rusiyalı Liliya Nuqayevaya uduzaraq mübarizəni dayandırıb.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24