Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34
Ölkə futbolu

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutan “Zirə” ilə heç-heçəni (2:2) şərh edib. Litvalı mütəxəssis komandasının oyunundan razı qalsa da, buraxılan bəsit qollardan gileylənib.

Qarşılaşmanın yüksək tempdə keçdiyini vurğulayan Dambrauskas, komandasının ilk dəqiqələrdən üstün tərəf olduğunu bildirib: “Çox keyfiyyətli oyun izlədik. İlk dəqiqədən etibarən qələbə üçün mübarizə apardıq, topa sahib olduq və ardıcıl hücumlar qurduq. Rəqib isə oyuna bir xal üçün çıxmışdı və istəyinə nail oldu. Artıq ardıcıl üçüncü matçdır ki, hesabda geri düşürük, sonra isə vəziyyəti bərabərləşdirməli oluruq”.

Təhlillərin vacibliyini qeyd edən baş məşqçi, müdafiədəki səhvlərə diqqət çəkib: “Bu gün meydanda dominant tərəf biz idik, lakin öz səhvlərimizdən qollar buraxdıq. Rəqib cəmi iki ciddi hücum etdi və hər ikisində fərqlənməyi bacardı. İkinci hissədə kifayət qədər şansımız oldu. Əlavə 3-4 dəqiqəmiz olsaydı, bəlkə də qələbə qolunu vuracaqdıq. Görünür, bu gün bizim günümüz deyilmişNiyə belə bəsit qollar buraxdığımızı anlamıram. Ciddi analizlər aparmalıyıq. Bu oyunu unudub, növbəti matçlara köklənməliyik”.

Dambrauskas digər komandaların nəticələri ilə maraqlanmadıqlarını və yalnız öz oyunlarına fokuslandıqlarını vurğulayıb: “Biz digər klubların nəticələrinə baxmırıq. Bizə heç kimin köməyi lazım deyil, yalnız öz performansımıza güvənirik”.

Paylaş:

Xəbər Lenti

Yuri Vernidub: “Emin bizim açarımızdır, qarşıdakı oyunlar isə finala bərabərdir”

12.04.26 | 00:27

Vadar Nuriyev: “Avrokubok şansımız hələ bitməyib”

11.04.26 | 23:20

Dambrauskas: “Rəqib bir xal üçün gəlmişdi və buna nail oldu”

11.04.26 | 22:34

Rəşad Sadıqov: “Oyunçularımız əzmkarlıq göstərdi”.

11.04.26 | 22:58

“Neftçi” “Araz-Naxçıvan”ı da məğlub etdi

11.04.26 | 20:44

Ayxan Abbasov ayrılıq anonsunu verdi!

11.04.26 | 20:26

“Qarabağ”da böyük təmizlik anonsu: “Köklü dəyişikliklər etmək istəyirik”

11.04.26 | 20:57

Masazırda 4 qollu triller: “Zirə” “Sabah”ı dayandırdı!

11.04.26 | 19:34

Fernandu Santuş DÇ-2026-da iştirak edə bilər

11.04.26 | 19:37

Ayxan Abbasovdan “Qarabağ”a ağır zərbə

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04