Dambrauskas: “Hava soyuqdur, yoxsa azarkeşlər bizdən küsüb?”

22.02.26 | 21:40
Ölkə futbolu

Premyer Liqanın 21-ci turunda doğma meydanda “Kəpəz”i minimal hesabla (1:0) məğlub edən “Sabah” ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra mətbuat konfransında iştirak edib. Litvalı mütəxəssis həm oyunun nəticəsini dəyərləndirib, həm də qarşıdakı “Qarabağ” sınağı öncəsi tərəfdarlarına müraciət edib.

Mütəxəssis komandasının oyun üslubundan və yaradılan epizodlardan məmnun qaldığını bildirib: “Çox yaxşı oyun alındı. Qol xəbərini yalnız qarşılaşmanın sonunda ala bilsək də, komandamın göstərdiyi performansdan razı qaldım. Rəqibə ön xətdə ciddi təzyiq göstərdik, çoxsaylı qol epizodları yaratdıq. Ən sevindirici məqamlardan biri də odur ki, qapımızı toxunulmaz saxladıq. Hesab fərqini artıra bilərdik, lakin rəqibin də oyun planı kifayət qədər uğurlu idi”.

Son iki turda çətinliklə qazanılan qələbələrin növbəti həftə keçiriləcək “Qarabağ” matçı üçün bir siqnal olub-olmaması ilə bağlı suala Dambrauskas belə cavab verib: “Bəli, bu, bir növ xəbərdarlıq sayıla bilər. Belə məqamlarda ‘ayıq olmaq’ və daha çox çalışmaq lazımdır”.

Baş məşqçi növbəti turun mərkəzi qarşılaşmasında “Sabah” azarkeşlərini tribunada görmək istədiyini, lakin mövcud vəziyyətdən bir qədər təəccübləndiyini gizlətməyib: “Növbəti həftə tribunaların dolu olmasını arzulayıram. Bunu əvvəlki mətbuat konfranslarında da vurğulamışam. Maraqlı bir məqam var: qələbə qazanmağımıza və çoxlu qol vurmağımıza baxmayaraq, azarkeşlərin sayı artmaq əvəzinə, sanki azalır. Bunun səbəbini bilmirəm, bəlkə də hava şəraiti ilə bağlıdır. Amma ‘Qarabağ’la oyunda böyük dəstək gözləyirəm. Hər kəs öz komandasını Çempionlar Liqasında və ya Avropa Liqasında görmək istəyir, lakin daxili çempionatın da əhəmiyyəti unudulmamalıdır”.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46