“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Qarabağ” üzərində qələbədən sonra komandasının möhtəşəm oynadığını bildirib:
“Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu”.