Cırtdan ölkə DÇ-də

19.11.25 | 14:35
Dünya futbolu

Haiti 52 il sonra mundiala çıxdı

DÇ-2026-nin KONKAKAF zonasının səhər saatlarında başa çatan son turu maraqlı hadisələrlə yadda qaldı. Əhalisinin sayı 155 min olan Kürasaro səfərdə Yamayka ilə heç-heçə oynayaraq (0:0) DÇ-2026-ya birbaşa vəsiqə qazandı. Bununla da, Dik Advokatın çalışdırdığı “adalılar” futbol tarixinə mundiala vəsiqə qazanan ən kiçik ölkə kimi düşdü. Bunadək, DÇ-də iştirak edən ən kiçik ölkə İslandiya olmuşdu. Yeri gəlmişkən, kürasaolular həlledici oyun ərəfəsində baş məşqçisiz qalmışdı. Belə ki, yığmanın 78 yaşlı çalışdırıcısı ailə vəziyyətinə görə təcili Niderlanda uçmalı olmuşdu.

Mundiala birbaşa vəsiqə qazanan digər iki yığmaya gəlincə, Haiti 52, Panama isə 8 ildən sonra tarixində ikinci dəfə DÇ-də iştirak edəcək.

Bundan başqa, qitələrarası pley-offda oynamaq hüququnu qrup üçuncülərindən ən yaxşı nəticə göstərən Yamayka ilə Surinama qazandı. Özü də surinamlılar Hondurası vurulan qolların sayına görə qabaqladı (9:6 və 5:2). 

Surinam və Yamayka ilə yanaşı, Cənubi Amerikadan Boliviya, Asiyadan İraq, Afrikadan Konqo DR və Okeaniyadan Yeni Kaledoniya mundiala düşmək üçün mini-turnirdə daha iki vəsiqə uğurunda mübarizə aparacaqlar.    

FİFA reytinqinə görə iki ən yaxşı yığma – İraqla Konqo DR birbaşa finalda oynayacaq. Qalan 4 komanda DÇ-yə qatılmaq üçün finaldan əvvəl yarımfinalda qüvvəsini sınamalı olacaq. Pley-offun mərhələsinin püşkü sabah atılacaq. Oyunların hamısı Meksikanın Qvadalaxara və Monterrey şəhərlərində keçiriləcək.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24