UEFA Çempionlar Liqasının “Barselona” və “Atletiko” (0:2) arasındakı 1/4 final matçının baş hakimi İştvan Kovaçı turnirin sonuna qədər oyunlardan kənarlaşdırıb. Qurum rumıniyalı referinin həmin görüşdə bir neçə ciddi xətaya yol verdiyini təsdiqləyib. Bu barədə “Sport.es” portalı məlumat yayıb.
Buna baxmayaraq, Kovaçın 2026-cı il Dünya Çempionatında referilik edəcəyi vurğulanır. Belə ki, onun adı artıq FIFA-nın siyahısına daxil edilib.
Xatırladaq ki, “Barselona” daha əvvəl hakimlik və VAR qərarları ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamışdı. “Göy-qırmızılar” xüsusilə matçın 54-cü dəqiqəsində rəqib oyunçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsindən narazılıqlarını bildirmişdilər.