Azərbaycanın qış olimpiya heyəti İtaliyaya yola düşür

03.02.26 | 16:04
Digər növlər

Fevralın 6-da İtaliyada start götürəcək XXV Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək nümayəndə heyətinin səfər proqramı və yarış təqvimi dəqiqləşib. Azərbaycanın “Ağ Olimpiada”dakı missiyası artıq son hazırlıq mərhələsinə qədəm qoyub.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyevin verdiyi məlumata əsasən, nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşəcək. Ölkəmizi bu mötəbər yarışda MOK-un Xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov missiya rəhbəri (şef de-mission) kimi müşayiət edəcək. Qeyd edək ki, Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.

Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə pərdəni açacaq. Oyunların təntənəli açılış mərasimi fevralın 6-da keçiriləcək, yarışlara isə fevralın 22-də yekun vurulacaq.

Ölkəmiz bu il İtaliyada iki idman növü üzrə təmsil olunacaq. Heyətimizin mübarizə proqramı aşağıdakı kimidir:

Vladimir Litvintsev (fiqurlu konkisürmə): Artıq böyük beynəlxalq təcrübəyə malik olan idmançımız fevralın 6-da buz üzərinə çıxacaq.

Anastasiya Papatoma (dağ xizəyi): Dağ enişlərində sürət nümayiş etdirəcək xanım idmançımız isə fevralın 7-də mübarizəyə qoşulacaq.

Bu kiçik, lakin əzmli heyət ölkəmizi qış idman növləri üzrə dünya elitası arasında layiqincə təmsil etmək və yeni uğurlara imza atmaq niyyətindədir.

Paylaş:

Xəbər Lenti

Tsxadadze: “Hər oyun final olacaq”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46