Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06
Ölkə futbolu

Premyer Liqasının 26-cı turunda “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov matçdan sonra mətbuat konfransında məğlubiyyətin səbəbləri, Yusif İmanovun psixoloji durumu və klubdakı gələcəyi barədə sualları cavablandırıb.

Oyunun gedişatını dəyərləndirən Bağırov, ardıcıl uğurlu nəticələrdən sonra belə bir büdrəmənin qaçılmaz olduğunu qeyd edib: “Düzünü desəm, uğurlu seriyadan sonra nə vaxtsa uduzacağımızı gözləyirdim. Dörd yaxşı turdan sonra səhv edə biləcəyimizi ehtimal edirdim. Bu gün meydanda “Qəbələ”nin qələbəni bizdən daha çox istədiyi hiss olunurdu. İkinci hissədə yol verdiyimiz xırda xətalar qapımızda qolla nəticələndi. Rəqibi təbrik edirəm, çempionat isə davam edir. Artıq qarşıdakı oyunlara baxacağıq”.

Komandanın motivasiya problemi yaşamadığını deyən baş məşqçi, əsas çətinliyin kadr qıtlığı və fürsətlərdən istifadə edə bilməməkdən qaynaqlandığını vurğulayıb: “Heyətində ən az legioner olan komandayıq. Yaradılan epizodları qola çevirə bilməyəndə çətinlik çəkirik. Uğurlu oyunlarımızda məhz bu məqam həlledici olurdu – imkanlardan maksimum yararlanırdıq. Bu gün isə üç əla qol epizodunu boşa verdik. Futbolçularıma həmişə deyirəm: rəqibin kimliyindən asılı olmayaraq, meydanda 100 faiz konsentrasiya lazımdır”.

Milli komandaya çağırılmaması geniş müzakirə olunan qapıçı Yusif İmanovun durumuna toxunan Bağırov, gənc futbolçunun ruhdan düşmədiyini bildirib: “Onunla söhbətimiz olub, psixoloji gərginliyi yoxdur. Məşqçilər korpusu nə vaxt hazır bilsə, o zaman da dəvət göndərəcəklər. Bu gün dəvət almayıbsa, deməli, belə məsləhətdir. Futbolda zövqlər müxtəlifdir, bir oyunçu mənə görə güclü, digərinə görə zəif görünə bilər. Yusif bunu anlayır, daha çox çalışıb öz vaxtını gözləyəcək.”

Milli komandanın məşqçisi Ayxan Abbasovun İmanovla bağlı sərt reaksiyasına da münasibət bildirən Bağırov, həmkarlarının qərarlarına hörmətlə yanaşdığını deyib: “Şəxsən mənim heç bir problemim yoxdur. Ayxan müəllimin futbol fəlsəfəsi, qapıçı seçimi onun öz yanaşmasıdır. Bəzən klubunda oynamayan futbolçunun millidə möhtəşəm çıxış etdiyini görürük. Hər məşqçinin öz baxışı var və mən buna hörmət edirəm”.

Gələcək perspektivləri barədə danışan Azər Bağırov, rəhbərliklə ilkin təmasların olduğunu qeyd edib: “Hələ ki, rəsmi müqavilə imzalanmayıb. Amma müəyyən müzakirələr aparmışıq. Büdcə və maliyyə məsələləri dəqiqləşəndən sonra rəhbərliklə yenidən masaya əyləşəcəyik. Planlarımız var və işimizi bu istiqamətdə davam etdiririk”.

Paylaş:

Xəbər Lenti

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46