Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda səfərdə “Karvan-Yevlax”a 1:4 hesabı ilə “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra mətbuat konfransında həm oyunun nəticəsini dəyərləndirib, həm də həftəiçi komandanın məşqlərində iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komandadakı kadr itkilərinin nəticəyə təsir etdiyini vurğulayan mütəxəssis, son turlardakı enişdən narahatlığını gizlətməyib: “Bu gün heyətlə bağlı itkilərimiz var idi. Rotasiyalara əl atsaq da, bu, istənilən effekti vermədi. Açığı, “Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm. “Qəbələ” ilə matçda olduğu kimi, bu gün də çox bəsit qollar buraxdıq. Artıq irəliyə baxmaq məcburiyyətindəyik”.

Bağırov cari məğlubiyyətin komandanın psixoloji durumuna təsir edib-etməyəcəyi ilə bağlı suala kəskin cavab verib. O, “Kəpəz”in hazırkı mövqeyinin gəldiyi günlə müqayisədə daha ürəkaçan olduğunu xatırladıb: “Mən bura gələndə 7 oyundan sonra komandanın 0 xalı var idi, tam bir xaos hökm sürürdü. Şükürlər olsun ki, bu gün sonuncu pillədən kifayət qədər uzaqlaşmışıq. Heyətdəki itkilər bizə ciddi təsir edir, lakin qarşıdakı görüşlər üçün toparlanmalıyıq. Uduzmağı da bacarmaq lazımdır, amma necə uduzmaq önəmlidir. İnanıram ki, daha yaxşı olacağıq”.

Baş məşqçi həftəiçi məşqlərə çıxmaması ilə bağlı iddialara da son qoyub. O, bəzi proseslərdən kənarda qalmasını şəxsi səbəblərlə əlaqələndirib: “Məşqlərdə iştirak etməməyim barədə deyilənlər həqiqəti əks etdirmir. Sadəcə, bərpa məşqləri zamanı komandanın yanında olmamışam ki, bu da normaldır. Həmin hazırlığı köməkçilərim idarə edib. Ailəvi məsələlərlə bağlı Bakıda olmalı idim. Biz bütün günümüzü Gəncədə keçiririk, lakin ailə problemlərini də həll etmək vacibdir. Hazırda hər şey qaydasındadır”.

Paylaş:

Xəbər Lenti

“Şamaxı” “Qarabağ”ı qəbul edir – YENİLƏNİR

11.04.26 | 15:03

“Sofascore” son nöqtəni qoydu: Ronaldonun qollarını kim “oğurlayır”?

11.04.26 | 12:35

“Qəbələ”ninın ispan legioneri zədələndi

11.04.26 | 12:46

Füzuli Məmmədov: “Bu qələbə bizə gələcək üçün böyük ümid verir”

10.04.26 | 19:55

“Fənərbaxça”nın ulduzunun villasında 40 min dollar oğurlanıb

10.04.26 | 19:26

Azər Bağırov: “Mən gələndə xaos idi, indi isə sonuncu pillədə deyilik”

10.04.26 | 19:16

AFFA I və II liqa klublarını cərimələdi

10.04.26 | 17:12

Rüstəmlinin het-triki “Kəpəz”i şoka saldı

10.04.26 | 15:02

“İnter” Hakan transferində “Qalatasaray”ın yolunu kəsdi

10.04.26 | 15:20

Qvardiolanın milyonları və qızının sınıq telefonu

10.04.26 | 15:25

“Barselona” hakimi cəzalandırdı

10.04.26 | 09:04

Şaxtyor” yarımfinalın bir addımlığında: Arda Turanın taktiki qələbəsi

10.04.26 | 09:45

“Portu”nun bəxtsizliyi: Bir daban ötürməsi və hər şeyi dəyişən avtoqol.

10.04.26 | 02:48

“Barselona” – “Atletiko” oyununda qalmaqalı:Penalti, yoxsa hakim xətası?

09.04.26 | 23:20

Avropa çempionatı: Süleymanlı və Abasov itkisiz irəliləyir

09.04.26 | 23:05

“Sabah” qrup mərhələsini ikinci pillədə başa vurdu

09.04.26 | 23:58

Florentino Peresin yeni hədəfi Olisedir

09.04.26 | 20:01

Paris medalları yeniləndi: Maqomedovla Cəfərova yeni mükafatları təqdim olundu

09.04.26 | 17:43

Toral Bayramov “Qarabağ”ı tərk edir: Yeni ünvan hara olacaq?

09.04.26 | 17:13

Avropa çempionatı: Aydın Süleymanlı turnir cədvəlinə başçılıq edir

09.04.26 | 17:28