Gəncə şəhərinin ev sahibliyi etdiyi cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna bu gün yekun vurulur. Yarışın ikinci, həm də sonuncu günündə oğlanlar və qızlar arasında ümumilikdə 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisi turnirin son günündə 43 idmançı ilə təmsil olunur. Hazırkı nəticələrə görə, Yaqub Məmmədov (81 kq) artıq adını finala yazdıraraq gümüş medalı özünə təmin edib.
Xatırladaq ki, 10 ölkədən 269 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycanın aktivində hazırda 13 medal (1 qızıl, 4 gümüş, 8 bürünc) var.