Polşanın Katovitse şəhərində şahmat üzrə Avropa çempionatı davam edir. Turnirdə ölkəmizi 14 şahmatçı təmsil edir: Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə.
Yarışın üçüncü turunda növbəti “Azərbaycan derbisi” baş tutub və A.Süleymanlı R.Səmədovu məğlub edib. Hesabat turunda N.Abasov, G.Beydullayeva, Ş.Talıbov, V.Manafov, Ş.Vəliyev, S.Süleymanlı və Ə.Zuqanov da hesabına qələbə yazdırıblar. M.Muradlı, X.Babazadə və Ü.Aslanov isə rəqibləri ilə xalları yarı bölüblər.
Hazırda aktivlərində maksimum nəticə (3 xal) olan Aydın Süleymanlı və Nicat Abasov liderlər qrupunda qərarlaşıblar. Qeyd edək ki, Dünya Kubokuna vəsiqə qazanmaq imkanı verən turnir 11 turdan ibarətdir və aprelin 19-da yekunlaşacaq.