“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa həm özünün, həm də komandanın İspaniya Kral Kubokunda “Albasete”yə məğlubiyyəti soyuqqanlılıqla qarşıladıqlarını deyib: “Başa düşürəm ki, azarkeşlər günahkar, mən isə problemlərin həlli yolunu axtarıram. Bu uğursuzluğa görə məsuliyyəti üzərimə götürürəm. Ancaq zamanda geri qayıda bilsəydim, heç nəyi dəyişməzdim. Bizdə hər şey qaydasındadır. Matçdan sonra paltardəyişmə otağında oyunçulara bir lətifə və bir hekayə danışdım”.
“İşimizə davam edirik. Keçmişdə olanların artıq heç bir əhəmiyyəti yoxdur. İrəli baxmalıyıq. Mən də futbolçular kimi tezdən durub işə başlayıram”.
Xatırladaq ki, Arbeloa mövsümün sonuna qədər, “Barselona”ya məğlubiyyətdən sonra istefaya göndərilən Xabi Alonsonu əvəzləyib.v