Məşqçi formada olmamamasına, “Bild” isə xarakterinə işarə edir
Almaniyanin nüfuzlu Bild nəşri Mahir Emrelinin “Kayzerslautern”dəki durumundan yazıb. “Emrelinin məyusluğu artır: Niyə “Kayzerslautern”in məşqçisi Liberknext narahatlıqla üzləşir və münaqişə riskini artırır?” sərlövhəli yazıda qeyd olunur ki:
Son oyunlarda “Kayzerslautern”in baş məşqçisi Torsten Liberknext mövsümə bir qədər zəif başlamasına baxmayaraq, çox düzgün qərarlar verdi. Ard-arda üç qələbə klubu İkinci Bundesliqanın turnir cədvəlində 4-cü yerə yüksəltdi və komanda lider “Darmştadt”dan cəmi bir xal geri qalır. Buna baxmayaraq, klub rəhbərliyinin diqqətlə izləməli olduğu bəzi məsələlər hələ də qalır. Xüsusilə heyətlə bağlı veriləcək qərarlar gələcəkdə gərginliyə səbəb ola bilər. Liberxnextin seçimi potensial olaraq problem yarada bilər.
Artıq üçüncü oyundur ki, yeni transfer Mahir Emreli “Qırmızı şeytanlar”ın heyətinə daxil edilməyib — hətta “Preusen Münster” üzərindəki 4:1 hesablı inamlı qələbəsində də Emreli yox idi. Liberknext bunu belə izah edib: “Mən həmişə göstəricini mükafatlandırmaq istəyirəm. Hazırda elə hiss etmədim ki, mütləq oynamaq istəsin. Komanda indi yaxşı bir dinamika tutub. Bəzən geri çəkilib, fürsətini gözləməli və yenidən özünü göstərməlisən.”

Məqalədə daha sonra qeyd olunur: Açıq desək: Azərbaycan millisinin üzvü məşq prosesində məşqçiyə yenidən seçim olmaq üçün bütün gücünü ortaya qoyduğu təəssüratını vermir. Problem ondadır ki, Emreli əvvəlki klubu “Nürnberq”də də bəzən münaqişələr yaşayan və komandada bir qədər təcrid olunmuş görünən futbolçu təəssüratı yaradır. Bunu sosial şəbəkələrdəki paylaşımı də təsdiq edir.
“Münster” üzərində qələbədən sonra o, Instagramda İsveç ulduzu Zlatan İbrahimoviçin videosu ilə bir hekayə paylaşdı. Orada mənalı cümlələr var idi: “Bəziləri sənin haqqında pis, bəziləri yaxşı danışır. Amma əgər sənin haqqında pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən”.
Emreli həmçinin öz şəkillərini paylaşaraq belə yazıb: “Ain’t nothing but a thing.” Bu ingilis slenq ifadəsi təxminən belə deməkdir: “Heç bir əhəmiyyəti yoxdur / fərq etmir.”
“Fürth”dəki 3:0 qələbəsindən sonra da onun paylaşımı müxtəlif yozumlara səbəb oldu. O, belindəki problemləri arxada qoysa da, heyətə salınmamışdı. Buna baxmayaraq, komanda yoldaşlarının azarkeşlərlə çəkilən şəklini paylaşaraq yazdı: “Bu qələbəyə görə oyunçuları təbrik edirəm.”
Bütün bunlar göstərir ki, Emreli məşqçisinin idmanla bağlı qərarından razı qalmayıb…