AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib. Buna səbəb “ağ-qaralar”ın azarkeşlərinin “Sabah”la 14-cü turun səfər oyununda oturacaqları sındıraraq stadiona zərər vurması olub. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Neftçi” 5000 manat məbləğində cərimə olunub.
“Sumqayıt” – “İmişli” qarşılaşmasında ev sahiblərinin məşqçisi Veliçko Kaplanoviç matçın 90+13-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 1 oyunluq diskvalifikasiya olunub. Əlavə olaraq, “Sumqayıt” klubu 1000 manat cərimə ödəyəcək. “İmişli” klubu isə 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 700 manat məbləğində cərimələnib.