Ölkəmizdə keçiriləcək nüfuzlu “FIFA Series – 2026” beynəlxalq turnirinin bilet satışı rəsmən başlayıb. Martın 27-də start götürəcək yarışda Azərbaycan, Oman, Syerra-Leone və Sent-Lüsiya milli komandaları mübarizə aparacaqlar.
Artıq azarkeşlər turnirin ilk oyun gününə olan biletləri onlayn şəkildə əldə edə bilərlər. Proqrama əsasən, martın 27-də aşağıdakı qarşılaşmalar baş tutacaq:
Oman – Syerra–Leone (“Dalğa Arena”)
Azərbaycan – Sent-Lüsiya (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)