Bolqarıstan səfəri: “Milli”nin taleyi bu axşam həll olunur

11.03.26 | 13:50
Digər növlər

Qadın basketbolçulardan ibarət millimiz bu gün Avropa çempionatı-2027-nin seçmə mərhələsində növbəti matçına çıxır. E qrupunda mübarizə aparan komandamız 4-cü tur çərçivəsində səfərdə Bolqarıstan seçməsinin qonağı olacaq.

Plovdiv şəhərindəki “Kolodrum” arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Xatırladaq ki, qrupun ilk oyunlarında millimiz evdə Bolqarıstana (48:141) və Monteneqroya (62:104), səfərdə isə Ukraynaya (34:98) məğlub olub. Bu gün keçiriləcək matç komandamız üçün həm revanş, həm də qrupdakı mövqeyini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Seçmə mərhələnin qrafiki kifayət qədər sıxdır. Bolqarıstan səfərindən dərhal sonra millimizi daha iki vacib oyun gözləyir:

14 mart (saat 20:00): Monteneqro – Azərbaycan (səfər)

17 mart (saat 19:00): Azərbaycan – Ukrayna (ev)

AVRO-2027-nin final mərhələsinə vəsiqə qazanmaq üçün komandalar qrupda ilk iki yeri tutmalı və ya qruplarda üçüncü yeri tutan kollektivlər arasında ən yaxşı nəticəni göstərməlidir. Qeyd edək ki, qitə birinciliyinin final mərhələsinə Belçika, İsveç, Finlandiya və Litva birgə ev sahibliyi edəcək.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24