Yunan-Roma güləşçilərimizdən finallar və medal yağış

01.03.26 | 19:32
Digər növlər

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən məşhur güləşçi “Məhəmməd Malo”nun xatirəsinə həsr olunmuş reytinq turniri Azərbaycan yığması üçün uğurla davam edir. Yarışın beşinci günündə xalça üzərinə çıxan 9 yunan-roma güləşçimizdən 6-sı yarımfinal mərhələsinə qədər irəliləyərək yüksək ustalıq nümayiş etdiriblər.

Turnirin ən yadda qalan məqamlarından biri 60 kq çəki dərəcəsində yaşanıb. Bu çəkidə final tamamilə Azərbaycan idmançılarının üstünlüyü ilə keçəcək. Nihat Məmmədli ABŞ, Qazaxıstan və UWW təmsilçilərini məğlub edərək finala adlayıb. Onun həlledici görüşdəki rəqibi isə Qazaxıstan, Türkmənistan və UWW idmançıları üzərində inamlı qələbələr qazanan Nihad Quluzadə olacaq.

55 kq çəkidə isə Rəşad Məmmədov rəqib tanımır. O, Qırğızıstan, Qazaxıstan və Hindistan təmsilçilərini sıradan çıxararaq finala yüksəlib. Rəşad qızıl medal uğrunda Emin Seferşayevlə (UWW) qarşılaşacaq. 

Gərgin keçən yarımfinal görüşlərindən sonra üç təmsilçimiz fəxri kürsünün üçüncü pilləsi üçün mübarizə aparacaq.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı və macarıstanlı rəqiblərinə qalib gəlsə də, yarımfinalda İran təmsilçisinə uduzaraq bürünc şansını qoruyub.

82 kq çəkidə Tuncay Vəzirzadə Qazaxıstan və Qırğızıstan güləşçiləri üzərində qələbə qazansa da, finalın bir addımlığında Adlet Tülyubayevə (UWW) məğlub olub.

130 kq çəkidə Ağır çəkili güləşçimiz Beka Kandelaki yarımfinalda Marat Kamparova (UWW) uduzub və indi bürünc medal üçün xalçaya çıxacaq.

Təəssüf ki, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hər ikisi 97 kq) və Sərxan Məmmədov (130 kq) ilk mərhələlərdə məğlub olaraq yarışı erkən başa vurublar.

Turnirin hazırkı nəticələrinə görə, Azərbaycan yığmasının aktivində artıq 6 medal (1 qızıl, 2 gümüş, 3 bürünc) var:

Medal   İdmançı     Çəki

Qızıl   Ziya Babaşov 63 kq

Gümüş   Sakit Quliyev   63 kq

Gümüş   Rəşid Babazadə  65 kq

Bürünc  İslam Bazarqanov 57 kq

Bürünc  Cəbrayıl Qacıyev 79 kq

Bürünc  Arseniy Cioyev  86 kq

Turnirin son günündə daha 3 qızıl və 3 bürünc medal qazanmaq şansımız var ki, bu da Azərbaycanın ümumi komanda hesabında liderliyini möhkəmləndirə bilər.

Paylaş:

Xəbər Lenti

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Sumqayıt” “Neftçi”ni qəbul edir – YENİLƏNİR

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54

“Qəbələ” “Kəpəz” üzərində vacib qələbə qazandı

05.04.26 | 15:41

Valdas Dambrauskas: “Yerli oyunçular klubun vuran ürəyidir”

04.04.26 | 10:02

“Zirə” ölkə çempionu oldu

03.04.26 | 23:26

Premyer Liqada 26-cı turun hakim təyinatları açıqlanıb

03.04.26 | 23:08

Qurban Qurbanovla Dambrauskasın açıqlamaları

03.04.26 | 23:36

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizin üzərindən xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24